
Bakı. Trend:
Sabunçu rayonu ərazisində bir nəfər polisə müraciət edərək
avtomobilindən akkumulyatorun oğurlanmasını bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata
görə, Sabunçu RPİ 13-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum
olunmuşlar – 37 yaşlı A.Quliyev və 39 yaşlı Ə.Abbasov müəyyən
olunaraq saxlanılıblar.
Bildirilib ki, Binəqədi rayonunda da oğurluq hadisələri qeydə
alınıb. Rayon ərazisindəki obyektlərin birindən 700 manat dəyərində
təmir-tikinti alətləri və məişət əşyaları oğurlanıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə
şübhəli bilinən 36 yaşlı V.Klimaşkin və əvvəllər məhkum olunmuş 33
yaşlı Ə.Rəhimli müəyyən olunaraq saxlanılıblar.
Rayon ərazisində qeydə alınan digər bir oğurluq hadisəsi zamanı
bir evdən 2100 manat pul və 700 manat dəyərində qızıl-zinət
əşyasını oğurlamaqda şübhəli bilinən, 24 yaşlı N.Sadıqova da polis
əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalar davam etdirilir.


