
Fransa Liqa 1-in XVIII turunda PSJ doğma meydanda “Lill”i 3:0 hesabı ilə məğlub edib.
“Report” xəbər verir ki, bu qələbə Paris klubunun baş məşqçisi Luis Enriquenin rəhbərliyi altında 100-cü qələbəsi olub.
Qeyd edək ki, Luis Enrique 2023-cü ilin yayından PSJ-ni çalışdırır. Onun rəhbərliyi dövründə komanda iki dəfə Fransa çempionu, iki dəfə Fransa Kuboku və Superkubokunun qalibi olub. Bundan başqa, PSJ UEFA Çempionlar Liqasını, Qitələrarası Kuboku və UEFA Superkubokunu da qazanıb.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


