WUF13 üçün media nümayəndələrinin akkreditasiyasına start verildi

Baş səhifə

Bakı. Trend:

17-22 may 2026-cı il tarixlərində Bakıda keçiriləcək Ümumdünya
Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) işıqlandırmaq
məqsədilə yerli və xarici media nümayəndələrinin akkreditasiyasına
start verilib.

WUF13-ün Təşkilat Komitəsindən Trend-ə verilən məlumata görə, media
akkreditasiyası BMT-yə üzv ölkələrdə qanuni qeydiyyatdan keçmiş və
etibarlı media qurumlarını təmsil edən peşəkar jurnalistlər üçün
nəzərdə tutulur.

Bildirilib ki, akkreditasiya yalnız “UN-Habitat”ın rəsmi
onlayn
sistemi
vasitəsilə həyata keçirilir.




Elektron və ya adi poçtla göndərilən müraciətlər qəbul
edilmir.

Tədbir zamanı media nümayəndələri üçün əsas sessiyalara, yerli
hökumət və BMT rəsmiləri ilə mətbuat brifinqlərinə giriş, eləcə də
yüksək səviyyəli ekspertlər və rəsmi şəxslərlə müsahibələrin, canlı
yayımlar və reportajlar üçün xüsusi media zonalarının təşkili kimi
imkanlar yaradılacaq.