
Bu gün saat 11:30 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasının palatformasında bir nəfər kişi cinsli sərnişinin halı pisləşib.
Bu barədə “Report”a “Bakı Metropoliteni” QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə təcili tibbi yardım xidməti çağırılsa da, sərnişinin həyatını xilas etmək mümkün olmayıb.
Hadisə qatarların hərəkət intervalına təsir etməyib, yubanma baş verməyib.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin


