
Bakı. Trend:
Almaniya iqtisadiyyatı ardıcıl ikiillik geriləmədən sonra
2025-ci ildə yenidən inkişaf edib.
Trend xəbər verir ki, Federal
Statistika İdarəsinin hesabatına əsasən, ötən il ümumi daxili
məhsul (ÜDM) əvvəlki illə müqayisədə 0,2 faiz artıb. 2025-ci ildə
ÜDM ölkə üzrə 4 trilyon 470,5 milyard – adambaşına isə 53 min 519
avro olub.
Qeyd edək ki, 2024-cü ildə iqtisadi geriləmə 0,5 faiz, 2023-cü
ildə isə 0,9 faiz təşkil edib. Avropanın ən böyük iqtisadiyyatının
cari ildə təxminən 1 faiz artım göstərəcəyi proqnozlaşdırılır. Bu
artımın əsas səbəbləri kimi iş günlərinin sayının çoxalması, eləcə
də dövlətin silahlanma və infrastruktur sahələrinə
investisiyalarının artması göstərilir.


