
Bakı.Trend:
Bu gündən Bakı-Sumqayıt istiqamətində fəaliyyət göstərən 594 və
595 nömrəli ekspres marşrutlarında gedişhaqqı 10 qəpik artırılaraq
90 qəpik təşkil edəcək.
Trend xəbər
verir ki, 594 və 595 nömrəli marşrutlar artıq əsas müntəzəm xətlərə
alternativ kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, ekspres marşrutlarında qiymət müntəzəm
marşrutlardan daha yüksək təyin olunur.
Xatırladaq ki, 594 və 595 nömrəli ekspres marşrutlarında “Neoplan” markalı müasir avtobuslar fəaliyyət göstərir.


