
Bakı. Trend:
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində təlim-məşq
toplanışında olan “Neftçi” bu gün sonuncu yoxlama oyununu
keçirib.
Trend xəbər
verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu
Ronqçenq” klubu ilə üz-üzə gəlib. Qarşılaşma “ağ-qaralar”ın 3:1
hesablı qələbəsi ilə başa çatıb.
Bakı təmsilçisinin qollarını Andrey Ştoqrin, İqor Ribeyro və
Bassala Sambu vurublar.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Əbu-Dabida iki hazırlıq
matçı keçirib. Paytaxt klubu Qazaxıstanın “Karyat” klubuna 3:0
hesabı ilə qalib gəlib, Misir təmsilçisi “Piramids”lə 1:1 hesablı
heç-heçə edib.


