
Bakı. Trend:
Varşava və Vaşinqton arasında əldə olunmuş razılaşmalar
çərçivəsində Polşanın qərbində yerləşən Vrotslav şəhərində yeni
aviabazanın inşasına başlanılıb.
Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bu haqda Polşanın Müdafiə Nazirliyi
məlumat yayıb.
“Vrotslavda təxminən 750 milyon zlotı (təqribən 200 milyon ABŞ
dollarından bir qədər çox) dəyərində infrastruktur – dünyanın ən
iri nəqliyyat təyyarələrini qəbul edə bilən müasir APOD (Aerial
Port of Debarkation – Hava boşaltma limanı) hava bazası inşa
olunur. Bu infrastruktur ABŞ və NATO qoşunlarının şərq cinahında
əməliyyat imkanlarını əhəmiyyətli dərəcədə artıracaq”, – deyə
məlumatda qeyd olunur.
Aviabaza ABŞ Hərbi Hava Qüvvələrinin ən iri nəqliyyat
təyyarələri olan “C-5 Galaxy” və “C-17 Globemaster” təyyarələrini
qəbul edib yerləşdirməyə imkan verəcək, ABŞ qoşunlarının Polşada,
eləcə də Mərkəzi və Şərqi Avropada maddi-texniki təminatını həyata
keçirəcək və potensial silahlı münaqişə halında operativ bölmələrin
qəbuluna tam hazır olacaq.


