Şəkidə 3 gün əvvəl yol qəzasında xəsarət alan şəxs ölüb

Baş səhifə

Şəkidə 3 gün əvvəl qəzaya düşən şəxs ölüb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanvarın 13-də Şəki rayonunun Çayqaraqoyunlu kəndi ərazisində “Opel” markalı avtomobil idarəetmədən çıxaraq dərəyə aşıb. Qəzada xəsarətlər alan sürücü, 32 yaşlı Murad Abdurahmanov bu gün xəstəxanada vəfat edib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.