
Bakı. Trend:
Nərimanov rayonunda yerləşən marketlərin birindən oğurluq
edilməsi ilə bağlı polisə müraciət daxil olub. Polis əməkdaşlarının
həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40
yaşlı İ.Qədirov saxlanılıb.
Trend xəbər verir ki, bu
barədə DİN məlumat yayıb.
Bildirilir ki, rayon ərazisində qeydə alınan daha bir oğurluq
zamanı isə “VAZ-2107” markalı avtomobildən 780 manat və maqnitofon
oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş T.Namazov da
saxlanılıb.
Hər iki fakt üzrə araşdırma aparılır.


