
Ağdam. Trend:
Yeni mənzilimizdə əla şərait var. İnternet şəbəkəsi də çox yaxşı
işləyir.
Bunu Trend-ə
Ağdam şəhərində məskunlaşan Rabil Quliyev söyləyib.
“56 yaşım var, Vətənimə qayıtmışam. Allaha min şükür ki, bu günü
gördük. Üçotaqlı evimiz var, hər şey əladır, hər şey qaydasındadır.
İstiliyimiz var, internet çəkilib, çox gözəldir. Allaha şükür
olsun, min şükür bu günlərə çatdığımıza görə.
İnternet çox güclü işləyir. Məsələn, 7 metrlik məsafədə dərhal,
saniyələr içində tutur. Təxminən 10 gündür istifadə edirik və çox
yaxşı işləyir. Heç bir problemi yoxdur”, – o qeyd edib.


