
Bakı.Trend:
Ukrayna ilə ABŞ arasında Rusiyayla silahlı münaqişənin
nizamlanması üzrə danışıqların növbəti raundu yaxın iki gün ərzində
keçiriləcək.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ukraynanın ABŞ-dəki səfiri Olqa
Stefanişina Bloomberg TV-yə müsahibəsində bildirib.
“Komandalarımız birgə fəaliyyəti davam etdirəcək. Yaxın iki gün
ərzində dialoqun yeni raundunu görəcəksiniz”, – deyə o qeyd
edib.
Səfir nümayəndə heyətlərinin tərkibini və danışıqların
keçiriləcəyi məkanı dəqiqləşdirməsə də, Ukrayna Prezidenti
Volodimir Zelenskinin ABŞ-yə yeni səfərinin hazırda
planlaşdırılmadığını təsdiqləyib.


