Bakı. Trend:
Vikipediya onlayn ensiklopediyasının operatoru olan Vikimedia
Fondu portalın fəaliyyəti dövründə ən populyar axtarış sorğularının
siyahısını tərtib edib.
Trend-in
məlumatına görə, bu barədə “Popular Science” jurnalı məlumat
yayıb.
Məlumata görə, vikipediya məqalələri arasında ən çox axtarılan
647 milyondan çox baxış sayı ilə “İllərə görə ölümlərin siyahısı”
olub. İkinci yeri ABŞ-la bağlı məqalələr (328 milyondan çox baxış),
üçüncü yeri isə ABŞ Prezidenti Donald Trampla bağlı məlumatlar (325
milyondan çox baxış) tutub. Dördüncü və beşinci yerlərdə müvafiq
olaraq 1952–2022-ci illərdə Böyük Britaniyada hakimiyyətdə olmuş
kraliça II Yelizaveta və Hindistan haqqında məqalələr
qərarlaşıb.
Ən populyar on axtarış sorğusuna, həmçinin portuqaliyalı
futbolçu Kriştiano Ronaldo, ABŞ-ın 44-cü prezidenti Barak Obama,
amerikalı sahibkar İlon Mask, İkinci Dünya müharibəsi və Birləşmiş
Krallıq haqqında məqalələr də daxil olub.

