Cənubi Koreya baş verən yanğın səbəbindən 47 nəfər təxliyə edilib

Baş səhifə

Bakı. Trend:

Yanğın Cənubi Koreya paytaxtı Seulun kənarındakı ərazidə yanğın
baş verib.

Trend-in məlumatına görə, bu barədə “Yonhap” agentliyi xəbər
verib.

Məlumata əsasən, yanğın səbəbindən 47 nəfər təxliyə olunub.




Söhbət paytaxtın Kannam rayonunun cənubundakı Kuryon kəndindən
gedir. “[Kənd] 1980-ci illərdə, şəhərin böyük tikinti layihələri
həyata keçirməsi ilə ətraf ərazilərin kasıb sakinləri evlərindən
köçmək məcburiyyətində qaldıqdan sonra yaranıb”, – deyə qeyd
olunub.

Bildirilib ki, yanğın 16 yanvar tarixində yerli vaxtla səhər
saat 05:00 radələrində kəndin məhəllələrindən birində başlayıb.
Yanğının tərk edilmiş bir evdə başladığı ehtimal olunur.