Bakı. Trend:
ABŞ İranla gərginliyin artması fonunda Yaxın Şərqə ən azı bir
aviadaşıyıcı zərbə qrupunun yerləşdirilməsinə başlayıb.
Trend-in
məlumatına görə, bu barədə “Fox News” telekanalı hərbi mənbələrə
istinadla məlumat yayıb.
Məlumata görə, ABŞ-ın hava, quru və dəniz qüvvələrinə aid hərbi
aktivləri yaxın günlərdə bölgəyə çatacaq. Bu addım Prezident Donald
Trampa İrana qarşı mümkün hərbi əməliyyatlar üçün alternativ
variantlar təqdim etmək məqsədi daşıyır.
Mənbələr bildiriblər ki, ABŞ hərbi mövcudluğunun
genişləndirilməsi çərçivəsində bölgəyə raketdən müdafiə
sistemlərinin də yerləşdirilməsi planlaşdırılır.

