ABŞ-nin BMT-dəki səfiri: İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirilir

Baş səhifə
ABŞ-nin BMT-dəki səfiri: İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirilir

ABŞ Prezidenti Donald Tramp İranla bağlı bütün mümkün tədbirləri nəzərdən keçirir.

“Report”un məlumatına görə, bunu ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts Təhlükəsizlik Şurasının İranla bağlı iclasında bildirib.

“Prezident Tramp BMT-də müşahidə etdiyimiz sonsuz danışıqlar deyil, fəaliyyət göstərən insandır. O, bütün variantların nəzərdən keçirildiyini açıq şəkildə bildirib”, – Uolts deyib.

ABŞ səfiri həmçinin iddia edib ki, İranın dialoqa hazır olması ilə bağlı açıqlamalarına baxmayaraq, onun hərəkətləri bunun əksini göstərir.