Bakı. Trend:
ABŞ administrasiyası Venesuelanın müvəqqəti prezidenti Delsi
Rodriqes ilə sıx əlaqə saxlayır və əməkdaşlığın davam etdirilməsini
səbirsizliklə gözləyir.
Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Levitt bildirib.
“ABŞ dövlət katibi Marko Rubio və administrasiya Delsi Rodriqes
və Venesuela müvəqqəti hökumətinin nümayəndələri ilə daim əlaqə
saxlayır, onlar əməkdaşlığa son dərəcə hazırdırlar, ABŞ-dən və
prezidentin bütün sorğularına cavab verirlər”, – deyə o brifinq
zamanı qeyd edib.
K.Levittin sözlərinə görə, Venesuelanın müvəqqəti prezidenti
əməkdaşlığın davam etdirilməsini səbirsizliklə gözləyir.

