Tramp İranla bağlı “bütün variantları” nəzərdən keçirir – Ağ Ev

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp hələ də İranla bağlı heç bir
variantı istisna etmir.

Trend-in məlumatına görə, bu barədə Ağ Evin mətbuat katibi
Kerolayn Livitt jurnalistlər üçün keçirilən brifinqdə bildirib.




“Prezident [İrandakı vəziyyəti] yaxından izləməyə davam edir,
eyni zamanda bütün variantları hələdə də nəzərdən keçirir”, – deyə
o, ABŞ-ın İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə bağlı
suala cavab olaraq bildirib.

“Həqiqət budur ki, yalnız Prezident Tramp nə edəcəyini bilir və
çox, çox kiçik bir qrup məsləhətçi onun bu barədə nə düşündüyünü
bilir”, – deyə K.Livitt əlavə edib.