Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan 325 şübhəli saxlanılıb

Baş səhifə
Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan 325 şübhəli saxlanılıb

Türkiyədə sosial şəbəkələrdə cinayətkar qrupların təbliği ilə məşğul olan şəxslərə qarşı yanvarın 15-də keçirilən əməliyyatlarda 325 şübhəli saxlanılıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”dəki hesabında yazıb.

Əməliyyatlar nəticəsində 41 tapança, 36 ov tüfəngi və 1 ədəd AK-47 avtomatı aşkarlanaraq götürülüb.

Sosial media hesabları vasitəsilə cinayəti və cinayətkarı təbliğ edən paylaşımlar edənlər barəsində prokurorluq tərəfindən istintaq başlanıb.