Füzulidə iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb

Baş səhifə
Füzulidə iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb

Füzuli rayonunda iki nəfər avtomobildə dəm qazından boğularaq ölüb.

“Report”un Qarabağ bürosunun məlumatılna görə, rayonun Qarabağ kənd sakinləri – 49 yaşlı Bayram Hətəmov və onun qardaşı oğlu, 28 yaşlı Vüsal Hətəmli avtomobilin mühərrikini işlək vəziyyətdə qoyub yatıblar.

Nəticədə avtomovilin istiliyi zamanı yaranan dəm qazı onların ölümünə səbəb olub.

Faktla bağlı araşdırma başlanıb