“Azəriqaz”ın baş direktoru Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Baş səhifə
Azəriqazın baş direktoru Naxçıvanda vətəndaş qəbulu keçirəcək

“Azəriqaz”ın baş direktoru Naxçıvanda vətəndaşları qəbul edəcək.

“Report”un yerli bürosunun məlumatına görə, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin (İB) baş direktoru Azər Məmmədov Naxçıvan şəhərində vətəndaş qəbulu keçirəcək.

Qəbul sabah saat 15:00-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin inzibati binasında baş tutacaq.