
Bakı. Trend:
Ermənistanda korrupsiya ilə bağlı cinayət işi çərçivəsində 5
nəfər saxlanılıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Ermənistanın Antikorrupsiya
Komitəsinin yaydığı məlumatda bildirilir.
Saxlanılanlar arasında Ermənistan Respublikasının Dövlət
Gəlirləri Komitəsində rəhbər vəzifələr tutan şəxslər də var.
“Həmin şəxslər vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə
ittiham olunurlar. İlkin istintaqın maraqlarını nəzərə alaraq,
hazırda hər hansı əlavə təfərrüat təqdim edə bilmirik”, – məlumatda
qeyd olunur.


