
Bakı.Trend:
“Azərbaycan Dəmir Yolları” QSC-nin sədr müavini İqbal Əli oğlu
Hüseynov vəzifəsindən azad edilib.
Trend-in
məlumatına görə, İ.Hüseynovun vəzifədən azad olunması ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev müvafiq Sərəncam
imzalayıb.
Qeyd edək ki, sabiq sədr müavininin vəzifədən azad olunma səbəbi
kimi təqaüd yaşına çatması göstərilir.
Məlumat üçün bildirək ki, İ.Hüseynov müxtəlif vəzifələrdə çalışıb,
2004-2010-cu illərdə Azərbaycan Dövlət Dəmir Yolunun iqtisadi
məsələlər üzrə rəis müavini, 2010-2026-cı illərdə “Azərbaycan Dəmir
Yolları” QSC-nin sədr müavini vəzifələrində çalışıb.


