NASA-nın kosmik gəmisinin təcili enişi uğurla başa çatdı

Baş səhifə

Bakı. Trend:

SpaceX-ə məxsus dörd nəfərlik heyəti orbitdən Yerə gətirən
kapsul eniş edib.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, astronavtlardan birinin səhhətində
yaranmış açıqlanmayan ciddi tibbi problem səbəbindən təcili geri
dönüş həyata keçirilib.




Kapsul Kaliforniya sahilləri yaxınlığında, Sakit okeana uğurla
enib.

“Endeavour” adlanan kapsul Beynəlxalq Kosmik Stansiyadan
başlayıb 10 saatdan çox davam edən enişlə paraşütlərlə San Dieqo
sahillərinə düşüb.