
Rusiya yanvarın 15-i gecə saatlarında Ukraynanın enerji infrastrukturuna yeni zərbələr endirib, nəticədə Xarkov və Jitomir vilayətlərindəki yaşayış məntəqələri elektriksiz qalıb.
“Report” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” ölkənin Energetika Nazirliyinə istinadən məlumat yayıb.
“Rusiya növbəti dəfə enerji infrastrukturuna zərbələr endirdi. Nəticədə Jitomir və Xarkov vilayətlərində istehlakçılar elektriksiz qalıb”, – məlumatda bildirilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


