
Bakı. Trend:
2026-cı ildə DSMF-nin xərcləri 8 milyard 483 milyon manat təşkil
edəcək.
Trend xəbər
verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev
bu gün Bakıda 2025-ci ilin yekunları və 2026-cı ilin hədəflərinə
dair keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu büdcə ötən ilə nisbətən 10.5 faiz artım
deməkdir:
“Bu il üçün DSMF-nin gəlirləri isə 8 milyard 323 milyon manat
proqnozlaşdırılır. Büdcə xərclərinin kəsirinin maliyyələşməsi üçün
isə DSMF-nin sərbəst vəsaitlərindən 160 milyon manat ayrılması
nəzərdə tutulub”.


