DSMF sədri: “Ötən il aztəminatlı ailələrə 420 milyon manat ünvanlı sosial yardım ödənilib”

Baş səhifə
DSMF sədri: Ötən il aztəminatlı ailələrə 420 milyon manat ünvanlı sosial yardım ödənilib

Ötən il 76 min aztəminatlı ailənin 335 mindən çox ailə üzvünə ünvanlı sosial yardım ödənilib.

“Report” xəbər verir ki, bunu DSMF-nin sədri Zəka Mirzəyev Dövlət Sosial Müdafiə Fondunun 2025-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, onlara 420 mln manat ünvanlı sosial yardım ödənilib: “2025-ci il dekabrın 22-də Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən 2025-ci il dekabrın 30-u tarixinə 200 manat ünvanlı dövlət sosial yardımı alan hər bir ailəyə ödənişlər üçün dövlət büdcəsindən 15 milyon 300 min manat ayrılıb”.