Bakı.Trend:
Yasamalda fərdi yaşayış evində dəm qazından boğulma hadisəsi baş
verib.
Trend-in
məlumatına görə, hadisə yanvarın 13-ü saat 19:45 radələrində qeydə
alınıb.
Belə ki, 2001-ci il təvəllüdlü İsmayılov Rüstəm Şabanli oğlu
yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Süleyman Tağızadə küçəsi, ev
60 ünvanında hamam otağında çimərkən dəm qazından zəhərlənərək
ölüb.
Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma
aparılır.

