Bakı. Trend:
Kolumbiya Prezidenti Qustavo Petro ABŞ Prezidenti Donald Trampla
görüşünün 3 fevralda baş tutacağını açıqlayıb.
Trend xəbər verir
ki, Petro bu barədə Nazirlər Kabinetinin iclasında məlumat
verib.
Onun sözlərinə görə, Respublika Nazirlər Şurası narkotik
qaçaqmalçılığı məsələsini müzakirə edir və bu mövzu ABŞ və
Kolumbiya arasında, o cümlədən hökumətlər və prezidentlər
səviyyəsində dialoqu gücləndirib. Petro qeyd edib ki, məhz bu
proseslər Trampla 3 fevralda keçiriləcək görüşün mümkünlüyünə
gətirib çıxarıb.
“Bu görüşün nəticələrinin nə olacağını görəcəyik, çünki bu,
həlledici əhəmiyyət kəsb edir”, – deyə Kolumbiya prezidenti
vurğulayıb.
Petro bildirib ki, onun əsas məqsədi ölkədə sosial və iqtisadi
sabitliyi təmin etməkdir. O, hakimiyyətin ictimai asayişi qorumağa
və Trampın ritorikasının Kolumbiya əhalisi üçün mənfi nəticələrinin
qarşısını almağa çalışdığını qeyd edib.
Xatırladaq ki, yanvarın 3-də Donald Tramp ABŞ-nin Venesueladakı
hərbi əməliyyatı ilə bağlı Petroya ünvanlanan xəbərdarlıqlarının
qüvvədə qaldığını bəyan etmişdi.

