ABŞ İrandakı vəziyyəti izləməyə davam edəcək – Donald Tramp

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İrandakı
vəziyyəti diqqətlə izləməyə davam edəcək.

Trend xəbər verir
ki, bunu o, ABŞ-nin İrana qarşı hərbi güc tətbiq etmə ehtimalı ilə
bağlı suala cavab olaraq söyləyib.

Prezident qeyd edib: “Biz baş verənləri izləyəcəyik. Amma baş
verənlərdən xəbərdar olan insanlardan çox yaxşı məlumat aldıq”.




İrandakı vəziyyətlə bağlı Tramp əlavə edib: “Biz digər tərəfdən
çox vacib mənbələrdən məlumat almışıq. Deyirlər ki, qətllər
dayandırılıb”.

O, həmçinin vurğulayıb: “Biz izləyəcəyik. Amma bizə bunu
etibarlı mənbə deyib. Ümid edirəm ki, bu, doğrudur”.