
Bakı. Trend:
Danimarka və ABŞ Qrenlandiya ətrafındakı vəziyyəti müzakirə
etmək məqsədilə birgə yüksək səviyyəli işçi qrupu yaratmaq qərarına
gəliblər.
Trend xəbər verir
ki, bu barədə Danimarka Xarici İşlər Nazirliyinin rəhbəri Lars
Lökke Rasmussen Vaşinqtonda keçirilən mətbuat konfransında
bildirib.
O qeyd edib ki, işçi qrupu ortaq həll yollarını tapmaq
imkanlarını araşdıracaq və Danimarka Krallığının qırmızı xətlərinə
hörmətlə yanaşaraq ABŞ-ın təhlükəsizlik narahatlıqlarını nəzərə
almalıdır. Rasmussen bildirib ki, qrupun ilk iclasının bir neçə
həftə ərzində keçirilməsi gözlənilir.


