Bakı. Trend:
Afrika Millətlər Kubokunda Seneqal və Misir komandaları arasında
keçirilən yarımfinal oyunu başa çatıb.
Trend xəbər verir
ki, qarşılaşmada Seneqal yığması 1:0 hesabı ilə qələbə qazanıb.
Matçın yeganə qolunu 78-ci dəqiqədə uzaq məsafədən dəqiq zərbə
ilə seneqallı hücumçu Sadio Mane vurub.
Bu nəticə ilə Seneqal turnirin finalına yüksəlib və həlledici
oyunda Nigeriya–Mərakeş qarşılaşmasının qalibi ilə üz-üzə
gələcək.
Qeyd edək ki, Afrika Millətlər Kubokunun hazırkı qalibi
Kot-d’İvuar komandasıdır.

