
Bakı. Trend:
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa
istiqamətində hərəkət edən sürücülərə müraciət edib.
Trend xəbər
verir ki, bu barədə AAYDA məlumat yayıb.
Bildirilib ki, qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar olaraq
təhlükəsizlik baxımından Şuşa şəhəri istiqamətində hərəkət edəcək
sürücülərə alternativ olaraq Füzuli-Qırmızı Bazar-Şuşakənd-Şuşa,
həmçinin Ağdam-Ağdərə-Xankəndi-Şuşa avtomobil yollarından istifadə
etməkləri tövsiyə olunur.


