Bakı. Trend:
Qəzza sektorunu idarə edəcək müvəqqəti komitənin tərkibi ilə
bağlı bütün tərəflər arasında razılıq əldə olunub.
Trend xarici
KİV-ə istnadən xəbər verir ki, bunu Misirin xarici işlər naziri
Abdel Ati açıqlayıb.
Nazirin sözlərinə görə, komitə bütün fələstinli fraksiyalar
tərəfindən dəstəklənən 15 nəfərdən ibarət olacaq. Yaxın vaxtlarda
strukturun rəsmi şəkildə elan ediləcəyi və Qəzzada gündəlik həyatın
təşkili, eləcə də əsas xidmətlərin təmin olunması istiqamətində
fəaliyyətə başlayacağı gözlənilir.
Abdel Ati vurğulayıb ki, komitənin yaradılması müvəqqəti
xarakter daşıyır və Qəzzanın İordan çayının qərb sahilindən siyasi
baxımdan ayrılması anlamına gəlmir. O, Misirin iki dövlətli həll
prinsipinə sadiq qaldığını bir daha təsdiqləyib.

