
Bakı. Trend:
Xəzər dənizində İrana məxsus yük gəmisi qəzaya uğrayıb.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Türkmənistanın XİN məlumat
yayıb.
Bildirilib ki, yanvarın 14-də Türkmənistanın Sahil Mühafizə
xidmətinə Xəzərdə qəzaya uğramış “Rona” yük gəmisindən SOS siqnalı
daxil olub.
“Dənizçilik qaydalarını tənzimləyən beynəlxalq normalara uyğun
olaraq, fövqəladə halların qarşısının alınması və aradan
qaldırılması ilə məşğul olan Türkmənistanın dövlət qurumları
tərəfindən insanların xilas edilməsi üçün bütün zəruri tədbirlər
görülüb.
Vaxtında həyata keçirilmiş əməliyyatlar nəticəsində gəmidə olan
14 nəfərin hamısı xilas edilib. İlkin məlumata görə, onlar İran və
Hindistan vətəndaşlarıdır”,- deyə bəyanatda qeyd olunub.
Hazırda Türkmənistan tərəfi beynəlxalq qaydalarda nəzərdə
tutulan müvafiq prosedurları həyata keçirir.


