Bakı. Trend:
Qrenlandiya ətrafında qlobal müzakirələrin genişlənməsi fonunda
Fransa hökuməti fevralın 6-da Danimarkanın muxtar bölgəsində
konsulluq açacağını elan edib.
Trend xarici KİV-ə
istinadla xəbər verir ki, bunu Fransanın XİN rəhbəri Jan-Noel Barro
yerli telekanallardan birinin efirində elan edib.
Barro bu addımı Qrenlandiyada mövcudluğu gücləndirmək
səylərindən xəbər verən siyasi siqnal kimi dəyərləndirib. Fransalı
ali diplomat ölkəsinin Danimarkanı tam dəstəklədiyini və Amerikanın
“şantajlarına son qoyulmalı olduğunu” bildirib.
Yanvar ayında daha əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan
etmişdi ki, Vaşinqton bu və ya digər yolla Qrenlandiya üzərində
nəzarəti əldə edəcək. “Əgər bunu mehriban şəkildə həyata keçirmək
mümkün olsa, əla. Əgər yox, deməli biz bunu daha sərt üsulla
edəcəyik”, – deyə o bildirmişdi.

