
2025-ci ilin dekabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 453 min barel təşkil edib.
“Report” bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı noyabr ayı ilə müqayisədə 2 min barel azdır.
Hesabata əsasən, “OPEC+” razılaşması çərçivəsində Azərbaycanın 2025-ci il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, dekabrda faktiki hasilat 98 min barel geriləyib.
Qeyd edək ki, 2025-ci ilin birinci rübündə Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 466 min barel, ikinci rübündə 461 min barel, üçüncü rübdə 458 min barel, dördüncü rübdə isə 456 min barel təşkil edib.
2024-cü ildə ölkədə gündəlik neft hasilatı orta hesabla 481 min barel olub.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


