Ermənistan hərbçisinin güllələnmiş meyiti tapılıb

Baş səhifə

Bu gün səhər saatlarında Ermənistan ordusunun N hərbi hissəsinin hərbi qulluqçusu Vaqan Petrosyanın meyiti aşkar edilib.

APA xəbər verir ki, bu barədə “Armenpress” Ermənistanın Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, əsgərin bədənində güllə yarası olub.

Nazirlikdən bildirilib ki, hadisənin tam şəkildə araşdırılması üçün istintaq aparılır.