
Bakı.Trend:
Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.
Trend-in
məlumatına görə, Ramana qəsəbəsinin Şuşa şəhərciyində yaşayan
1985-ci il təvəllüdlü Səbirə Kazımova anası ilə mübahisə edib.
Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol
qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb.
Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə
şübhəli bilinən 1957-ci il təvəllüdlü F.Vəliyeva saxlanılıb.
Faktla bağlı istintaq araşdırmaları davam etdirilir.


