Vensan Kompani Bundesliqada uğura imza atıb

Baş səhifə
Vensan Kompani Bundesliqada uğura imza atıb

Almaniyanın “Bavariya” klubunun baş məşqçisi Vensan Kompani Bundesliqada uğura imza atıb.

“Report” xəbər verir ki, o, bunu XVI turda evdə “Volfsburq”u 8:1 hesabı ilə darmadağın etdikləri matçda reallaşdırıb.

Münhen təmsilçisinin baş məşqçisi üçün bu qarşılaşma Bundesliqada 50-ci oyun olub. Belçikalı mütəxəssis Bundesliqada keçirdiyi ilk 50 matçda mümkün 150 xaldan 126-sını toplayıb. Bu, yarış tarixində ikinci ən yaxşı nəticədir.

Kompani bu göstərici ilə “Bavariya”nın digər sabiq baş məşqçisi Hans Fliki (125 xal) geridə qoyub. Hazırda rekord komandanın sabiq baş məşqçisi Xosep Qvardiolaya məxsusdur. İspaniyalı mütəxəssis Bundesliqadakı ilk 50 oyununda 132 xal toplamağa müvəffəq olub.

Qeyd edək ki, “Bavariya” hazırda 44 xalla turnir cədvəlinə liderlik edir.