Kanada öz vətəndaşlarını İranı təxirəsalınmadan tərk etməyə çağırıb

Baş səhifə

Bakı. Trend:

Kanada İrandakı vətəndaşlarının təhlükəsizliyini təmin etmək
məqsədilə tövsiyələrini yeniləyib.

Trend xəbər verir ki, bu
barədə Kanada hökuməti məlumat yayıb.




Hökumət vətəndaşları Ermənistan və ya Türkiyə ilə quru
sərhədləri vasitəsilə İranı təxirəsalınmadan tərk etməyə
çağırıb.