Azərbaycan və Danimarka yığmaları arasındakı oyunların vaxtı məlum olub

Baş səhifə
Azərbaycan və Danimarka yığmaları arasındakı oyunların vaxtı məlum olub

Futzal üzrə Azərbaycan milli komandasının yanvarın 22-də və 24-də Danimarka yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarının başlama saatı dəqiqləşib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyası məlumat yayıb.

Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşmalardan birincisi yanvarın 22-də saat 19:00-da start götürəcək. Yanvarın 24-nə təyin olunan ikinci görüşün start fiti isə saat 16:00-da səsləndiriləcək.