“Brent” neftin qiyməti ötən ilin dekabrından ilk dəfə 64 dolları keçib

Baş səhifə
Brent markalı neftin qiyməti ötən ilin dekabrından ilk dəfə 64 dolları keçib

Londonun ICE birjasında “Brent” markalı neftin 2026-cı ilin mart ayı üçün çatdırılma üçün fyuçerslərinin qiyməti 5 dekabr 2025-ci ildən bəri ilk dəfə bir barel üçün 64 dolları keçib.

“Report”un məlumatına görə, bunu ticarət məlumatları göstərir.

Yanvarın 12-də Bakı vaxtı ilə saat 23:37-yə olan məlumata görə, “Brent” markalı neftin qiyməti 0,52 % artaraq barel üçün 64,14 dollara çatıb.

Saat 23:44-ə qədər “Brent” neftin qiyməti 64,07 dollara (0,41 %) satılıb.