“Brent” markalı neftin qiyməti 64 dolları keçib

Baş səhifə

Bakı. Trend:

“Brent” markalı neftin 2026-cı ilin mart ayında çatdırılma
fyuçerslərinin qiyməti Londonun “ICE” birjasında 5 dekabr 2025-ci
ildən bəri ilk dəfə bir barel üçün 64 dolları keçib.

Trend-in məlumatına görə, bu barədə ticarət platformasından
bildiriblər.




Məlumata əsasən, “Brent” markalı neftin qiyməti 0,52 faiz
artaraq barel üçün 64,14 dollara çatıb.

Saat 23:44-ə olan məlumata görə, “Brent” neftinin bir bareli
64,07 dollara (0,41%) satılırdı.