
Fransa Prezidenti Emmanuel Makron İranda etirazçılara qarşı zorakılığını pisləyərək, əsas azadlıqlara dəstək verdiyini və İran xalqı ilə həmrəy olduğunu vurğulayıb.
“Report” Makron bu barədə “X”dəki hesabında yazıb.
“İranda hökumətin hüquqlarını tələb edən qadın və kişilərə qarşı zorakılığını qınayıram” , – Fransa Prezidenti qeyd edib.
Xatırladaq ki, İranda etirazlar 2025-ci il dekabrın sonunda yerli valyutanın – rialın devalvasiyasına görə başlayıb. İlkin olaraq əsas mövzu mübadilə məzənnəsinin kəskin dəyişməsi və bunun topdansatış və pərakəndə qiymətlərə təsiri idi, lakin sonradan ölkənin bir sıra şəhərlərindəki etiraz aksiyaları polislə toqquşmalara çevrilib. Həm təhlükəsizlik qüvvələrinin əməkdaşları, həm də iğtişaşlarda iştirak edənlər arasında ölənlər və xəsarət alanlar var.
من خشونت دولتی را که کورکورانه زنان و مردان ایرانی را، که با شجاعت خواستار احترام به حقوق خود هستند، هدف قرار میدهد، محکوم میکنم.
احترام به آزادیهای بنیادین یک مطالبه جهانی است و ما در کنار زنانی و مردانی ایستادهایم که از آن دفاع میکنند.
— Emmanuel Macron (@EmmanuelMacron) January 12, 2026
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


