SOCAR qazma trestində yeni platformanı istifadəyə verib FOTO)

Baş səhifə

Bakı. Trend:

“Quality & Document Management System” (QDMS) platforması
“Kompleks qazma işləri” trestində uğurla istifadəyə verilib.

Bu barədə Trend
SOCAR-ın “Kompleks Qazma İşləri Tresti”nə istinadən xəbər
verib.

Bildirilib ki, bu platforma SOCAR üzrə rəqəmsal keyfiyyət
idarəetməsi yol xəritəsinin bir hissəsi olacaq.




Sözügedən platforma keyfiyyətə əminlik və nəzarət
mexanizmlərinin şəffaf, izlənəbilən və standartlara uyğun şəkildə
idarə olunmasını təmin edir.

Növbəti mərhələdə SOCAR üzrə istifadəçi əhatəsi mərhələli
şəkildə genişləndiriləcəkdir. Bu cür platformaların tətbiqi
SOCAR-da əməliyyat mükəmməlliyi, standartlaşdırma və davamlı
təkmilləşmə hədəflərinə mühüm töhfə verməkdədir.