
Venesuela hakimiyyəti respublikada konstitusiya qaydasını pozan 116 məhkumu azadlığa buraxıb.
“Report” xəbər verir ki, bu barədə Bolivar Respublikasının Penitensiar Xidmətlər Nazirliyinin bəyanatında bildirilib.
“Son saatlarda 116 məhkum azadlığa buraxılıb. 2025-ci ilin dekabrında azadlığa buraxılanların sayı 187 nəfər idi”, – məlumatda qeyd edilib.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


