
Bakı. Trend:
“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” nəzərə
alınmaqla su sahəsində inkişaf təmin ediləcək.
Trend-in
məlumatına görə, bu, Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq
edilən “Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış
və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair
2026−2035-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Belə ki, 2026−2028-ci illərdə Baş plan üzrə ilkin analitik
hesabatın hazırlanması, layihənin ictimai müzakirəsi və rəylərin
təhlili, su sahəsində 2040-cı il perspektiv inkişaf planının
təsdiqi və icra mexanizminin hazırlanması planlaşdırılır.


