İranın müxtəlif şəhərlərində hökumətə dəstək yürüşü keçirilir

Baş səhifə

Bakı. Trend:

İranın müxtəlif şəhərlərində vətəndaşların hökumətə dəstək
yürüşü keçirilir.

Bu barədə Trend
İran KİV-ə istinadən məlumat verib.

Məlumata görə, iştişaşlar, iğtişaşçıların silahlı cinayətləri,
vətəndaşları qətlə yetirməsi, dövlət əmlakına, polis şöbələrinə
xəsarətin yetirilməsi ilə əlaqədar hərəkətlərin pislənməsi
məqsədilə yerli vaxtla saat 14:00-da yürüşlər başlanıb.




İran hökuməti, Məhkəmə Sistemi, Parlament, İslam İnqilabı
Keşikçilər Korpusu, Ordu, Hüquq-Mühafizə orqanları, müxtəlif sosial
orqanlar və sairə vətəndaşları hakimiyyətə dəstək yürüşündə
iştiraka dəvət ediblər.

Qeyd edək ki, ötən gün İran hökuməti iğtişaşlarda ölənlərin
xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

Əlavə edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.