İran bayrağına hörmətsizlik qəbuledilməzdir – Bəqai

Baş səhifə

Bakı. Trend:

İran bayrağına hörmətsizlik heç bir vəchlə qəbul edilə
bilməz.

Trend-in
məlumatına görə, bunu İran XİN-in mətbuat katibi İsmayıl Bəqai bu
gün Tehranda keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Avropa ölkələri İranın diplomatik
nümayəndəliklərinin təhlükəsizliyinin qorunmasında öz vəzifələrini
yerinə yetirməkdə müəyyən nöqsanlara yol veriblər.




Bəqai bildirib ki, bu isə diplomatik qaydalara və prinsiplərə
zidd hesab olunur.

İranlı rəsmi deyib ki, ötən gün Londonda İran bayrağına
hörmətsizlik olunub və bununla əlaqədar Böyük Britaniyanın
Tehrandakı səfirliyi İran XİN-ə dəvət edilib. İranın bu məsələyə
etirazı qarşı tərəfə elan olunub.

Qeyd edək ki, ötən günlərdə Londonda İran səfirliyinə daxil olan
şəxslər İranın bayrağını dəyişdirib və Şah dövründəki bayrağı
səfirliyin binasına taxıblar.